Zaur Hüseynovun 4 müavini olacaq

Zaur Hüseynovun 4 müavini olacaq
  04 İyul 2014    Oxunub:1287
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin tərkibinin sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Bakı Metropoliteni” QSC-nin Nizamnaməsində əksini tapıb.

Nizamnamədə bildirilir ki, İdarə Heyətinin işinə cəmiyyətin sədri rəhbərlik edir. İdarə Heyəti sədr və sədrin 4 müavinindən ibarətdir. Onların vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi prezidentin qərarı ilə həyata keçirilir .

Cəmiyyət sərnişinlərin vaxtında və təhlükəsiz metro nəqliyyatında daşınmasının təmin edilməsi, metropolitendə qatarların hərəkətinin təşkilinin və təhlükəsizliyinin təmin olunması, metro nəqliyyatında hərəkətin və infrastrukturun idarə olunmasında müasir texnologiya və üsulların tətbiq edilməsi, metropolitenin işi ilə əlaqədar istehsalat, inzibati, yaşayış və sosial-mədəni təyinatlı və digər obyektlərin tikintisinin, təmirinin və bərpasının həyata keçirilməsi, metropoliten stansiyalarının, xətlərinin, elektrik depolarının, tunellərin, körpülərin tikintisi, yenidən qurulması, bərpası və təmiri işlərinin həyata keçirilməsi, fəaliyyət istiqamətlərinə uyğun materialların və avadanlıqların istehsalı və satışı, metropoliten şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi istiqamətlərdə fəaliyyət göstərəcək.

Qanunvericiliklə və Nizamnamə ilə “Bakı Metropoliteni” QSC-nin səhmdarlarının ümumi yığıncağına və sədrinə verilmiş müstəsna səlahiyyətlər istisna olmaqla Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

AzVision.az




Teqlər:  





Xəbər lenti