Anar kimlərə qadağa qoydu? - AÇIQLAMA

“Bu, Anar müəllimin şəxsi fikridir. Yəqin ki, bu qadağa bir müddət davam edəcək, sonra qaydasına düşəcək. Heç bir qəzet və sayta müsahibə vermək istəmir, amma açıqlamasında “bəzi” sözünü işlədir, yəni istisna mümkündür”.
Bu qadağanın haradan qaynaqlandığına gəlincə isə, Xəyal Rza bildirib ki, AYB sədri suallar üçün mətbuat xidmətinə müraciət edilməsini tövsiyə edib: “Böyük ehtimalla bu qadağa verdiyi müsahibələrin birindən sonra olub, məndə dəqiq məlumat yoxdur. Anar müəllim suallar üçün narahat edilmək istəmir və bildirib ki, nə lazımdırsa mətbuat xidmətinə müraciət edilsin”.
Fatimə Kərimli