“Gilan”ın seyfini oğurladılar

“Gilan”ın seyfini oğurladılar
  04 İyul 2014    Oxunub:1044
“Gilan”ın Bakıdakı ofisində mühafizəçinin əl-qolunu bağlayıb seyfi apardılar
Bakıda məşhur şirkətə basqın olub. “Gilan-Aqro” MMC-nin ofisindən içərisində külli miqdarda pul olan seyf aparılıb. Cinayət ötən gecə saat 04.00 radələrində Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən Boks Federasiyasının binasında törədilib.

AzVision.az xəbər verir ki, rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, iki naməlum şəxs federasiyanın inzibati binasının ikinci mərtəbəsində yerləşən “Gilan-Aqro” şirkətinin mühafizəçisinə hücum edib.

Mühafizəçi İntiqam Axundovu yaralayaraq əl-qolunu bağlayıblar. Sonra isə şirkətin mühasibatlıq otağına keçərək oradan içərisində 60 000 manat, 4 000 dollar olan seyfi aparıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır.


Teqlər:





Xəbər lenti