Şeyx Ramazanda hamilə qalan qadınlardan danışdı

Şeyx Ramazanda hamilə qalan qadınlardan danışdı
  04 İyul 2014    Oxunub:2981
“Orucun qəzası sonra tutulmalıdır”.
Ramazan ayında hamilə qalmaq olar.

AzVision.az xəbər verir ki, bu barədə Ailem.az-ın Qafqaz Müsəlmanları İdarəsinə verdiyi sorğuya cavabda bildirilir.

İdarədən verilən açıqlamaya görə, bu məsələ ilə bağlı Qurani-Kərimdə ayə var və həmin ayədə belə deyilir:

“Odur ki, indi onlarla yaxınlıq edin (edə bilərsiniz) və Allahın (bu əmələ görə) sizin üçün müəyyənləşdirdiyi (savabı, haramdan çəkinmək və saleh övlad kimi) şey(lər)i istəyin”.

QMİ-nin açıqlamasında o da qeyd edilir ki, oruc tutmaq hamilə qadının özünə və ya qarnındakı körpəyə zərərli olarsa, oruc tutulmamalı və tutulmayan orucun qəzası sonra tutulmalıdır.


Teqlər:





Xəbər lenti