Rezidenturaya sınaq imtahanı keçirilir

Rezidenturaya sınaq imtahanı keçirilir
  03 İyul 2014    Oxunub:1127
TQDK rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə online sınaq imtahanı keçirəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçirəcək.

Qəbul imtahanı ərəfəsində namizədlərə ixtisas fənləri üzrə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda təqdim olunacaq suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında hazırlanıb.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını TQDK-nın saytının elektron xidmətlər bölməsinə daxil olmaqla internet ödəmə vasitəsilə əldə etmək olar.

Sınaq imtahanının 2014-cü il iyul ayının 4-dən həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində (https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər.

İstifadə üçün https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/ptservice2014/soft/tqdksinaq.zip proqramı yenidən yükləmək lazımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti