Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.