Revanşistlər İrəvanda yolu bağladılar

Revanşistlər İrəvanda yolu bağladılar
  26 Aprel 2024    Oxunub:640
Ermənistanda vəziyyət gərgin olaraq qalır.
Radikallar və revanşistlər bir neçə gündür ki, etiraz aksiyaları keçirirlər.

Ermənistanda aksiya zorakılıqla yatırılıb - VİDEO
Bu gün isə İrəvanın Davtaşen inzibati rayonunda Tavuş sakinlərinə dəstək adı altında etiraz aksiyası keçirilib. Bu barədə “Vətən naminə Tavuş” təşəbbüs qrupunun yaydığı məlumata görə, Vətəndaşlar müəyyən şüarlar səsləndirərək yolun hərəkət hissəsinə çıxıblar.

Aksiya iştirakçıları vurğulayıblar ki, onların mübarizəsi təkcə strateji əhəmiyyətli əraziləri (Azərbaycana qaytarılan kəndləri nəzərədə turturlar-red.) qorumaq deyil, həm də Ermənistanı və bütövlükdə erməni xalqını xilas etməkdir.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti