İlon Mask: Qərbdə vətəndaş müharibəsi olacaq

   İlon Mask:    Qərbdə vətəndaş müharibəsi olacaq
  24 Aprel 2024    Oxunub:1513
“Gec və ya tez Qərbdə vətəndaş müharibəsi başlayacaq”. SpaceX şirkətinin təsisçisi, baş direktoru və baş mühəndisi amerikalı milyarder İlon Mask belə deyib.
AzVision.az xəbər verir ki, İlon Mask “X” sosial şəbəkəsində “Biz istəsək də, istəməsək də müharibə onsuz da başlayacaq” xəbərdarlığını edib.

Amerikalı sahibkar kanadalı professor Qad Saadın Qərbin nizamsız miqrant axını ilə bağlı seçdiyi sivilizasiyalı intihar yolunun gec və ya tez qərb ölkələri sakinlərinin ayağa qalxacağı və vətəndfaş müharibəsinə gətrirb çıxaracağı barədə sosial şəbəkələrdə paylaşdığı posta belə münasibət bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı miqrasiya ilə bağlı on il ərzində işlənib-hazırlanmış yeni pakt buraxıb. Həmin sənəd xarici sərhədlərdə artan nəzarəti tənzimləyən bir sıra yeni qaydaları, sığınacaq sorğularına daha sürətli baxılmasını və İttifaqın ərazisində qalmaq hüququ olmayan şəxslərin daha effektiv şəkildə çıxarılmasını özündə ehtiva edir. İslahat, həmçinin miqrantların müxtəlif Avropa İttifaqı ölkələri arasında “ədalətli” bölgüsünü nəzərdə tutur ki, bu da qeyri-qanuni immiqrant axını ilə üzləşən “birinci sıra” dövlətlərin yükünü azaltmalıdır.

Lakin Avropada heç də hamı belə inkişaf yolu ilə razılaşmır. Məsələn, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Sziyyarto bildirib ki, yeni pakta baxmayaraq, Budapeşt qeyri-qanuni miqrantları ölkəyə buraxmayacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   Qərb   müharibə  





Xəbər lenti