"Paşinyan da bunu başa düşür" - Ərdoğan
“Regionda yeni nizam qurulur, əsassız xatirələri atmağın vaxtı çatıb. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixə arxalanmaqdansa, zamanın reallıqlarına uyğun hərəkət etmək həmişə daha yaxşıdır. İndi Paşinyan da bunu başa düşür”, – Ərdoğan bildirib.
Onun sözlərinə görə, keçmişdə baş verənləri ilk anlayan tarixçilərdir.
"Biz əvvəldən bu barədə açıq danışdıq və arxivimizi aça biləcəyimizi dedik və etdik. İndi real əsasda yeni yol xəritəsi yaratmağın vaxtıdır", - Ərdoğan bildirib. Türkiyə prezidenti Ermənistanın işıqlı sabah üçün yeni başlanğıclar yaratmaq yolunu seçəcəyinə və yeni dövrün başlayacağına ümid etdiyini də bildirib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və sərhədlər 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb.
2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: