Şurada USAİD nümayəndələrilə görüş keçirilib
Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran sahələrdə birgə proqramların həyata keçirilməsinin mümkünlüyünü qeyd edən Azay Quliyev ABŞ İnkişaf Agentliyi ilə yaxından əməkdaşlıq etdiklərini və 2 il öncə anlaşma memerandumu imzaladıqlarını bildirib. Şura sədri USAD-lə münasibətlərin daha gücləndirilməsi üçün QHT-lərin regional resurs mərkəzlərinin sayının artırılması və maddi-texniki bazasının inkişaf etdirilməsi, QHT televiziyasının yaradılması və Şura daxilində araşdırma mərkəzinin qurulmasının faydalı ola biləcəyini bildirib.
Qonaqlar Şura ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edərək birgə müsabiqələrin keçirilməsinin mümkünlüyünü söyləyiblər.
Görüşdə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.