Qırğızıstan XİN rəhbəri MDB-dən olan həmkarları ilə görüşəcək

Qırğızıstan XİN rəhbəri MDB-dən olan həmkarları ilə görüşəcək
  11 Aprel 2024    Oxunub:795
Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayev MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Belarusun paytaxtında keçiriləcək iclasında iştirak edəcək.
Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev 2024-cü il aprelin 12-də Minskdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək”, - məlumatda deyilir.

Qırğızıstan tərəfinin məlumatına görə, görüş zamanı tərəflər “beynəlxalq gündəm və birlik formatında qarşılıqlı fəaliyyət” məsələləri üzrə fikir mübadiləsi aparacaq, həmçinin “MDB Dövlət Başçıları Şurasının iclaslarına təqdim edilmiş qərar layihələrini nəzərdən keçirəcəklər”.

Qırğızıstanlı nazir Mərkəzi Asiya və Rusiya xarici işlər nazirlərinin yeddinci görüşündə də iştirak etməyi planlaşdırır.


AzVision.az


Teqlər:





Xəbər lenti