Amerikalı general İrana görə İsrailə səfər edəcək

   Amerikalı general İrana görə İsrailə səfər edəcək
  11 Aprel 2024    Oxunub:1612
ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla İsrailə səfər edəcək.
Bu barədə "Axios" portalı İsrailin iki rəsmisinə istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb İrandan mümkün hücum zamanı hərəkətləri əlaqələndirmək olub.

Əməliyyat məsuliyyəti zonasına ilk növbədə Yaxın Şərq və Şimali Afrikanın daxil olduğu CENTCOM-un rəhbəri İsrailin müdafiə naziri Yoav Qalant və müdafiə ordusunun yüksək vəzifəli nümayəndələri ilə görüşməyi planlaşdırır.

Portal mənbələri qeyd edib ki, İsrail rəsmiləri İran ərazisindən "ballistik raketlər, dronlar və qanadlı raketlərdən" istifadə ilə "mümkün görünməmiş birbaşa hücuma hazırlaşırlar".

AzVision.az


Teqlər:





Xəbər lenti