Paşinyan: "Türkiyə ilə sərhədin açılması regionumuz üçün mühüm hadisə olacaq"

   Paşinyan:    "Türkiyə ilə sərhədin açılması regionumuz üçün mühüm hadisə olacaq"
  10 Aprel 2024    Oxunub:998
Ermənistan Türkiyə ilə üçüncü ölkə vətəndaşları üçün dövlət sərhədinin açılması və diplomatik münasibətlərin normallaşması ilə bağlı razılaşmaların həyata keçirilməsini gözləyir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların icrasını gözləyirik. Bu, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistan və Türkiyənin dövlət sərhədinin açılması ilə bağlıdır. Ümumiyyətlə, Ermənistan-Türkiyə sərhədinin açılması regionumuz üçün mühüm hadisə olacaq”, - o bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti