Avtobus qəzası 10 nəfərin həyatına son qoydu - VİDEO

Avtobus qəzası 10 nəfərin həyatına son qoydu    - VİDEO
  10 Aprel 2024    Oxunub:809
Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun aşaraq şaxtadakı xəndəyə düşməsi nəticəsində şirkətin ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.
Bu barədə yerli administrasiyanın nümayəndəsi Riça Prakaş Çoudhari məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti stabildir.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb.

AzVision.az



Teqlər: Hindistan  





Xəbər lenti