Separatçılar Paşinyanı devirmək istəyiblər?

Separatçılar Paşinyanı devirmək istəyiblər?
  10 Aprel 2024    Oxunub:927
Qarabağdakı keçmiş separatçıların Ermənistanda hakimiyyəti ələ keçirmək cəhdlərinə dair sübutlar var.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, separatçılar Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib: "Bunu təsdiqləyən məlumatlar, hətta dəlillər var".

Baş nazir Kremllə yaranan soyuq münasibətlərdən də söz açıb. İrəvan rəhbəri qeyd edib ki, hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər “tarixi Ermənistan”dan “real Ermənistan” və Rusiya arasındakı münasibətlərə keçid prosesini yaşayır.

“Bu, bəzən Ermənistanın özündə baş verən daxili transformasiya qədər ağrılı olur. Ancaq bu transformasiyanı "müsbət hekayələrlə" doldurmaq üçün hər şey edilməlidir. Ermənistan Rusiya ilə belə işə hazırdır və onunla münasibətləri Ermənistanın iqtisadiyyatı, təhlükəsizliyi və dövlətçiliyi baxımından qiymətləndirmək çətindir", - baş nazir vurğulayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti