"4 kəndin qaytarılmasına qarşı deyilik" - Paşinyan

   "4 kəndin qaytarılmasına qarşı deyilik"    - Paşinyan
  10 Aprel 2024    Oxunub:984
Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

"Tarixi və real Ermənistan arasında ciddi ziddiyyətlər var” - Paşinyan
O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır: “Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.

Baş nazir həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələsindən də söz açıb. Paşinyan iddi aedib ki, ölkəyə KTMT sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi.

Onun sözlərinə görə, KTMT Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak edəcəkdi: “Beləliklə, Ermənistan özünün təhlükəsizlik zəmanətləri sistemindən kənarda qalacaqdı”.
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti