Peskov Türkiyənin bu müqavilədən çıxmasından danışdı

   Peskov Türkiyənin bu müqavilədən çıxmasından danışdı
  09 Aprel 2024    Oxunub:649
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilədən çıxmasını şərh edib. Onun sözlərinə görə, sənəd indiki şəraitdə öz həyat qabiliyyətini itirib.
“Ümumiyyətlə, bu sənəd indi dəyişmiş geosiyasi şərait və strateji vəziyyətə görə əhəmiyyətini xeyli itirib. Buna görə də vəziyyət dəyişir”.

Dmitri Peskov vəziyyətin dəyişməsinin “Avropada təhlükəsizlik sisteminin deqradasiyası” ilə bağlı olduğunu irəli sürüb. O əlavə edib ki, təhlükəsizlik və strateji sabitlik sahəsində yeni qaydaların hazırlanması üçün birgə dialoq lazımdır.

Aprelin 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müqavilədən çıxması haqqında fərman imzalayıb. Sənəd aprelin 8-dən qüvvəyə minib.

Qeyd edək ki, "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Müqavilənin şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti