Əczaçılıq şirkətləri tədqiqatlara 250 milyard dollardan çox sərmayə qoyublar

  Əczaçılıq şirkətləri tədqiqatlara 250 milyard dollardan çox sərmayə qoyublar
  04 Aprel 2024    Oxunub:952
“Avropa İttifaqı və ABŞ arasında əczaçılıq xərclərinin fərqi sonuncunun xeyrinə 50 milyard dolları ötür və bu, Avropa üçün əldən verilmiş bir fürsətdir”.
Bunu Beynəlxalq Əczaçılıq İstehsalçıları və Assosiasiyaları Federasiyasının rəhbəri, “Pfizer” şirkətinin baş direktoru Albert Burla Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və kabinetin digər üzvləri ilə görüşündə deyib. Burla qeyd edib ki, toplantıda federasiyanın üzvü olan dünyanın ən böyük əczaçılıq şirkətlərinin (Pfizer, Johnson & Johnson, Novo Nordisk, Merck Group, Boehringer Ingelheim, Bayer, Sanofi, MSD, Teva, Lilly) rəhbərləri iştirak ediblər.

“Yunanıstana gəlməyimizin səbəblərindən biri onun daim innovasiyaları dəstəkləməsidir. Biz elmi intibah dövrünə qədəm qoymağa hazırıq, burada biologiya və eyni zamanda texnologiyada irəliləyişlər sayəsində yaxın 10 ildə əsas tibbi yenilikləri görəcəyik. Təbii ki, bunun üçün ciddi investisiya tələb olunur. Hesab edirik ki, əczaçılıq sənayesi, ilk növbədə burada təmsil olunan şirkətlər keçən il tədqiqat və inkişafa 250 milyard dollardan çox sərmayə qoyublar.

Bu mərhələdə investisiyaların əsas payı ABŞ-da qalır. 20 il əvvəl ABŞ və Avropa arasında investisiya fərqi təxminən 2 milyard dollar idi, ümumilikdə onlar eyni səviyyədə idi. 2023-cü ildə bunun ABŞ-ın xeyrinə 50 milyard dolları keçəcəyi ehtimal edilir. Hesab edirəm ki, bu, Avropa üçün əldən verilmiş fürsətdir”, - deyə o qeyd edib.


AzVision.az


Teqlər:





Xəbər lenti