İtaliya XİN: Fransa Cənubi Qafqazda sülh səylərini pozmamalıdır

  İtaliya XİN:  Fransa Cənubi Qafqazda sülh səylərini pozmamalıdır
  04 Aprel 2024    Oxunub:1207
Azərbaycan və Ermənistan arasında atəşkəs indi hər iki xalqın məsuliyyəti sayəsində daha möhkəmdir. Lakin aydındır ki, tərəflərdən başqa qurumların nümayəndələrinin hər hansı qeyri-müəyyən bəyanatları gərginliyi daha da artırmaq riski daşıyır.
Bu sözləri İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları şərh edərkən deyib.

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan hazırda məsuliyyətli münasibət nümayiş etdirir. Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə töhfə vermir. Fransalı nazir üçün sağlam düşüncə ilə regionda davamlı sabitliyə çalışanların səylərinə zərər verməmək məqsədəuyğun və faydalı olardı”, - deyə Edmondo Çirielli vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti