Rövnəq Abdullayev: Haqqınızı halal edin

      Rövnəq Abdullayev:   Haqqınızı halal edin
  02 Aprel 2024    Oxunub:849
"Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm".
Bu sözləri AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev deyib. Funksioner 20 ildir Azərbaycan futbolunda çalışdığını bildirib:

"Bu illər ərzində Ermənistan təmsilçisi "Pünik"ə qarşı tarixi qələbəmizi çox yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar xoş məqamlardır. Təbii ki, məyusedici hisslər də var.

Futbola dəstəyinə görə ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür. Onun sayəsində klublarımız sabit çıxış edirlər, maliyyə problemi yaşamırlar. Artıq liqamızın da səviyyəsi artıb".

AzVision.az


Teqlər:





Xəbər lenti