Cüdoçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
Məhəmməd Musayev (66 kiloqram), Süleyman Əliyev (73 kiloqram), Aslan Kotsoyev (90 kiloqram) və Kənan Nəsibov (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Babarəhim Mirzəyev (60 kiloqram), İslam Rəhimov (66 kiloqram) və Tuncay Şamil (90 kiloqram) isə üçüncü yeri tutublar.
Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il də Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.
"Masters" turnirinin keçmiş qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var.
AzVision.az
Teqlər: idman cüdo qızıl medal