"Milan" maaşının artırılmasını istəyən oyunçunu satmaq istəyir

"Milan" maaşının artırılmasını istəyən oyunçunu satmaq istəyir
  24 Mart 2024    Oxunub:902
İtaliyanın "Milan" komandası qapıçısı Mayk Menyanı satmaq fikrindədir.
Buna 29 yaşlı qolkiperin daha çox maaş istəməsi səbəb olub. Hazırda "rossonerilər"dən illik 2,8 milyon avro maaş alan qapıçı bu məbləğlə razılaşmadığını bildirilib.

Qeyd edək ki, Mayk Menyan bu mövsüm "Milan"ın heyətində ümumilikdə 37 matçda meydana çıxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb. Onun hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.

AzVision.az


Teqlər:





Xəbər lenti