Yaponiyada tanker batıb: 8 ölü - VİDEO
Hadisə Şimonoseki şəhəri yaxınlığında meydana gəlib. Limana lövbər salmış 870 tonluq "Keoyoung Sun" adlı gəmi güclü fırtına şəraitində yardım zərurəti ilə bağlı siqnal yayıb.
Sahil mühafizə qrupu köməyə gələnəcən tanker aşıb.
Hadisədə 11 nəfərlik (8-i indoneziyalı, 2-si cənubi koreyalı, 1-i çinli) ekipaj üzvündən yalnız biri qurtulub. 8-i ölüb, 2-si isə itkin düşüb.
Firudin Həmidli
AzVision.az
Teqlər: hadisə Yaponiya tanker gəmi