Makron: "Rusiyaya müqavimət göstərə bilərik"

   Makron:    "Rusiyaya müqavimət göstərə bilərik"
  15 Mart 2024    Oxunub:933
"Ehtiyac yaransa, Fransa Rusiyaya müqavimət göstərə bilər".
AzVision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron "France 2" telekanalına müsahibəsində deyib.

Fransa ötən ilin yayında Kiyevə qoşun göndərmək istəyib - “Le Monde”
“Bizim üçün müqavimət zamanı yetişib. Əgər vəziyyət pisləşərsə, biz Rusiyanın heç vaxt qalib gəlməyəcəyinə zəmanət verən qərarlar qəbul edəcəyik”, - Makron qeyd edib.

O, Fransanın bu yöndə dəqiq nələrə hazırlaşması, Parisin hansı tədbirlər görəcəyini isə dəqiqləşdirməyib. Lakin Makron bu fikirlərdən dərhal sonra əlavə edib ki, Fransa ordusu Rusiya və ya rus xalqı ilə müharibə aparmır. Ancaq onlar Ukraynanı dəstəkləməkdə davam edirlər.

Qeyd edək ki, dünən “Le Monde” Fransanın hələ 2023-cü ilin yayında Ukraynaya qoşun göndərmək imkanlarını nəzərdən keçirməyə başladığını yazmışdı. Müəllif qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron iyunun 1-də Bratislavada keçirilən "Globsec" sammiti zamanı Ukraynanın NATO-ya qəbul edilməsi və Avropa İttifaqı(Aİ) genişlənməsi prosesinin sürətləndirilməsinin lehinə çıxış edib.

Xatırladaq ki, Makron ötən ay Ukraynaya dair təşkil olunmuş Paris konfransı zamanı da diqqət çəkən açıqlamalar vermişdi. O deyib ki, Qərb liderləri Kiyevə qoşun göndərmək imkanını müzakirə edirlər. Lakin hələlik konsensus əldə olunmayıb.

Rusiya prezidenti Vladimir Putin isə fransalı həmkarının bəyanatlarına sərt reaksiya göstərib. O, Federal Məclisə müraciətində Makronun "Ukraynaya Qərb qoşunları göndərilə bilər" bəyanatına tarixi yada salmaqla cavab verib: "Qərbdə NATO hərbi kontingentinin Ukraynaya göndərilməsi imkanından danışırlar. Vaxtilə öz kontingentini bizim ərazilərə göndərənlərin taleyini xatırlayırıq. Amma indi mümkün müdaxilələrin nəticələri daha faciəli olacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Rusiya   Makron  





Xəbər lenti