Qurbanov: "Bütün fikrimizi "Bayer 04"lə oyuna yönəltmişik"

51 yaşlı mütəxəssis onları vacib qarşılaşmanın gözlədiyini söyləyib:
"Son dönəmlərin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu stadionda çıxış etmək xoşdur. Sabah 90 dəqiqə diqqətli olmalıyıq".
Xatırladaq ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
AzVision.az