"Sabah" qalib gəlib

"Sabah" qalib gəlib
  09 Mart 2024    Oxunub:1058
Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, günün ikinci oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəliblər. “Bank Respublika Arena”da reallaşan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 9-cu dəqiqədə David Volkov açıb. Gürcüstanlı hücumçu 41-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Matçın yekun nəticəsini 45+3-cü dəqiqədə Əyyub Allaş müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 37-yə çatdıran “Sabah” üçüncü yerə yüksəlib. “Qəbələ”isə 15 xalla sonuncudur.

Günün ilk matçında “Kəpəz” və “Neftçi” bol qollu sülhə razılaşıblar - 3:3.

Martın 9-da turun açılış görüşündə isə “Sumqayıt” səfərdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Tura martın 10-da keçiriləcək “Turan Tovuz”-“Araz-Naxçıvan” və “Qarabağ”-“Zirə” oyunları ilə yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti