"Oğlum "Yaşma" ilə qarşılaşandan sonra ondan xəbər ala bilmədik" - Erməni əsgər anası

     "Oğlum "Yaşma" ilə qarşılaşandan sonra ondan xəbər ala bilmədik"  - Erməni əsgər anası
  05 Mart 2024    Oxunub:3514
Ermənistan mediasında İkinci Qarabağ müharibəsində məhv edilmiş daha bir zabitlə bağlı məqalə dərc edilib.
"İravaban" saytının yaydığı müsahibədə Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin(XTQ), "Yaşma"nın adının hallanması diqqət çəkib. Məqalədə qeyd edilir ki, Tiqran Abazyan adlı gənc 2020-ci ilin yanvarında orduya çağırılıb. O, Azərbaycanın uzun illər işğalda saxlanılmış Hadrut və Cəbrayıl rayonlarında aparılan qızğın döyüşlərdə iştirak edib.

Şuşanı arzulayırdı, XTQ -nin mühasirəsinə düşüb məhv edildi
Hərbçinin Rusiyada yaşamış atası Vanik Abazyan oğlunun məhv edilməsi ilə barışa bilmədiyini deyib. Tiqranın anası Eleonora Vanyanç isə övladına döyüşlərin gedişində leytenant rütbəsi verilməsindən söz açıb. Halbuki, məğlub olan, geri çəkilən orduda döyüş zamanı əsgər və zabitlərin mükafatlandırıması absurd görünür...

Eleonoranın sözlərinə görə, işğalçı zabit əvvəlcə kürəyindən yaralanıb. Daha sonra bir neçə əsgər onun ətrafına toplaşıb. Onlar ermənilərin qondarma ad verdikləri Vank kəndi yaxınlığında yoxa çıxıblar: "Tiqran və daha iki nəfər gizləndikləri yerdən çıxaraq yol tapmaq üçün əraziyə baxış keçiriblər. O, əsgərlərə hərbi avtomobil gördüyünü deyib. Tiqran avtomobilə yaxından baxmaq üçün hərəkət edib. Məqsəd maşından istifadə etmək, sonra geri qayıdıb gizlənən digər erməni əsgərləri də götürüb qaçmaq olub. Amma onlar "Yaşma"nın əlinə keçiblər. Ondan sonra oğlumdan xəbər ala bilmədik”.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Zabit   Hadrut   Yaşma  





Xəbər lenti