Prezident “ASAN xidmət”dən danışdı

Prezident “ASAN xidmət”dən danışdı
  16 Aprel 2013    Oxunub:1204
“ASAN xidmət” bu ilin yayına qədər Bakının bütün rayonlarını əhatə edəcək
Prezident İlham Əliyev aprelin 14-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirib.

AzVision.az xəbər verir ki, Prezident iclasda “ASAN xidmət”lə bağlı məqamlara toxunub:

“Son aylar ərzində bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Onların içində “ASAN xidmət”inin fəaliyyətini mən qeyd etmək istəyirəm. Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş “ASAN xidmət”ə müraciət edib. Biz “ASAN xidmət”in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcəkdir. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcəkdir. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır. O vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcək. Artıq avtobuslar alınıbdır. Yaxın həftələrdə Azərbaycanda olacaq. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaq.
Bir sözlə, institusional islahatlar, elektron hökumət, şəffaflıq və əlbəttə ki, güclü siyasi iradə olmalıdır. Bu güclü siyasi iradə vardır. Biz, əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik”.



Teqlər:  





Xəbər lenti