Sükan arxasında keçindilər - Video
"Ötən gün Goran qəsəbəsi ərazisində daha bir analoji yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, avtomobil isə yolun kənarında dayanan digər avtomobilə toqquşub. Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir".
AzVision.az
Teqlər: