Liftdə köməksiz qalanlar xilas edildi - Video

 Liftdə köməksiz qalanlar xilas edildi -  Video
  28 Fevral 2024    Oxunub:887
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 88 ünvanında yerləşən doqquzmərtəbəli və Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanında yerləşən onyeddimərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti