Arvadını öldürən azərbaycanlı özünü asdı

Arvadını öldürən azərbaycanlı özünü asdı
  26 İyun 2014    Oxunub:1037
Rusiyanın Kamçatka şəhərində həyat yoldaşının öldürməkdə təqsirli bilinən azərbaycanlı istintaq təcridxanasında yataq mələfəsindən asılı şəkildə ölü tapılıb.
İlkin araşdırmaya görə, o intihar edib. Hadisə yerinə dərhal istintaq komitəsinin işçiləri və məhkəmənin tibbi eksperti gəlib. Kişinin meyitinə baxış keçirilib. Həkimin dediyinə görə, onun bədənində heç bir xəsarət olmayıb, yalnız boynunda mələfənin izləri aşkar edilib.

İlkin araşdırmaya görə, həmin şəxsin ölümünə səbəb asılma zamanı boğulma olub. Onun kamera yoldaşının olmasına baxmayaraq, hələ ki, özünəqəsd versiyası üzərində dayanılır. APA TV-nin məlumatına görə, mərhum iyunun 23-də öz həyat yoldaşı 43 yaşlı Petropavlovsk sakinini qətlə yetirdiyi üçün saxlanılmışdı.


Teqlər:





Xəbər lenti