Paşinyan XİN başçılarının görüşü ilə bağlı gözləntilərini açıqlayıb

"Bilirsiniz ki, yaxın zamanda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü gözlənilir. Ümid edirik ki, bu görüşdə irəliləyiş qeydə almaq mümkün olacaq", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü 28-29 fevral tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək.
AzVision.az
Teqlər: