Bakıda bələdiyyə sədrini döydülər

Bakıda bələdiyyə sədrini döydülər
  25 İyun 2014    Oxunub:1018
Paytaxtın Xəzər rayonundakı Qala qəsəbəsinin bələdiyyə sədri, 1960-cı il təvəllüdlü Babayev Talıb Baba oğlu iki nəfərin hücumuna məruz qalıb.
Xəzər Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, hadisə dünən saat 20.30 radələrində baş verib. İdarənin 1-ci polis bölməsindən bildirilib ki, insident torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı olub.

Belə ki, bələdiyyə sədri konkret ünvanda qanunsuz tikili aparıldığını eşidib, həmin yerə gəlib və iki nəfərin tikinti ilə məşğul olduğunu görüb. O,həmin şəxslərə tikintinin qanunsuz aparıldığını bildirəndə onlar “kefimiz harada istəyir, orada da tikirik” deyə cavab veriblər. Sonradan mübahisə davaya çevrilib. Bələdiyyə sədrinə dəmir alətlərlə hücum çəkənlər onu möhkəm döyüblər.

Hələlik məhkəmə-tibbi ekspertizanın rəyi hazır deyil. Polis isə söz verib ki, bələdiyyə sədrini döyənlərin kimliyini bu gün dəqiqləşdirəcək.


Teqlər:





Xəbər lenti