Fransada müəllimlər mitinq keçirəcək

   Fransada müəllimlər mitinq keçirəcək
  05 Fevral 2024    Oxunub:838
Fransada müəllimlər maaşların yaxşılaşdırılması və yeni təhsil tənzimləməsinin dəyişdirilməsi tələbi ilə yenidən tətil edəcəklər.
Franceinfo xəbər saytının məlumatına görə, ölkənin aparıcı təhsil birliklərinin etdiyi çağırışda sabah müəllimlərin mitinq keçirəcəyi bildirilib.

Tətil çağırışında önə çıxan tələblər arasında iş şəraitinin yaxşılaşdırılması və maaş artımıdır. Fransanın baş naziri Qabriel Attalın açıqladığı yeni təhsil qaydaları ilə bağlı tələblər də həftə ərzində keçiriləcək mitinqlərdə dilə gətiriləcək.

Qeyd edək ki, Fransa hökumətinin təhsil siyasətinə reaksiya verən müəllimlər fevralın 1-də tətilə çıxıblar. Fransa Təhsil Nazirliyinin məlumatına görə, bütün ölkə üzrə tətillərdə müəllimlərin iştirak nisbəti 20,26 faiz təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti