Rusiya ilk uçan avtomobilini nümayiş etdirdi - FOTOLAR

   Rusiya ilk uçan avtomobilini nümayiş etdirdi    - FOTOLAR
  16 Yanvar 2025    Oxunub:366
Moskvanın "Filatov" konstruktor bürosu Rusiyada "İF-9" adlı ilk uçan avtomobilinin prototipini nümayiş etdirib.
AzVision.az xəbər verir ki, bu barədə “No Limits” Telegram kanalı məlumat yayıb. Qeyd olunub ki, hazırda bu yeni model sınaq üçün hazırlanır.

Uçan avtomobillərin istehsalına başlandı
“Təqdimatda gələcək avtomobilin 1:5 miqyaslı modeli göstərilib. Ehtimal edilir ki, uçan texnika iki yerlik olacaq. Onun korpusunda qapı əvəzinə şəffaf qatlanan kabin qapağı quraşdırılıb”, - nəşr yazır.

Həmçinin qeyd edilib ki, əgər maşın havada olarkən hansısa fövqəladə hadisə baş versə, "İF-9" kabini piropatronların işə düşməsi ilə ayrıca kapsul kimi kənara atııacaq. Bu qırıcılardakı katapulta bənzəyir. Kapsulun havaya atılmasından sonra oturacaqlarda olan hər iki sərnişin paraşütlə yerə enəcək.

Bundan əvvəl GAC şirkəti Çində GOVE adlı uçan avtomobilini nümayiş etdirmişdi.

Uçan maşın 400 dəfə sınaqdan keçirilib. İstehsalçı şirkət 2027-ci ilə qədər seriyalı istehsala başlamağı planlaşdırır.
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Rusiya   Uçan-Maşın  





Xəbər lenti