İspaniyada dağ-xizək stansiyasında faciə baş verib
Məlumatda qeyd olunub ki, zərərçəkənlərin 17-sinin vəziyyəti ağır və ya orta-ağır qiymətləndirilir. Doqquz nəfərin vəziyyəti ağırdır, yaralılardan ən ağır vəziyyətdə olanı Saraqosadakı Migel Servet xəstəxanasına çatdırılan qadındır.
Yardım göstərmək üçün hadisə yerində səhra xəstəxanası yaradılıb və orada xəsarət alanların ilkin müayinəsi aparılır. Yaxınlıqdakı bütün tibb müəssisələri tam hazırlıq vəziyyətinə gətirilib.
Xilasetmə əməliyyatında tibbi helikopterlər, yanğınsöndürənlər, 10 təcili tibbi yardım maşını və psixoloqlar qrupu iştirak edir.
Astun stansiyası müvəqqəti olaraq bağlanıb. Araqonun rəhbəri Xorxe Askon və maliyyə müşaviri Roberto Bermudez de Kastro faciənin miqyasını qiymətləndirmək üçün hadisə yerinə gediblər.
Həlak olanların yaxınları üçün qaynar xətt yaradılıb. İstintaq qəzanın səbəblərini müəyyənləşdirir, lakin əsas versiya liftin trosunun qırılmasıdır.
AzVision.az
Teqlər: