Qazaxıstan hökuməti istefa verdi

   Qazaxıstan hökuməti istefa verdi
  05 Fevral 2024    Oxunub:1261
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib,
AzVision.az "Sputnik Казахстан"a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin sərəncamı ilə Qazaxıstanın Baş nazirinin vəzifələri müvəqqəti olaraq Roman Vasilyeviç Sklyarına həvalə edilib. Qazaxıstan hökumətinin üzvləri yeni tərkib təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.

Hökumətin istefaya göndərilməsinin səbəbi açıqlanmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti