XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Məmmədyarov argentinalı diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Xarici işlər naziri iki ölkə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu vurğulayıb və bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların olduğunu qeyd edib.
Öz növbəsində Argentinanın səfiri Karlos Dante Riva ölkəsinin Azərbaycanla münasibətlərə mühüm önəm verdiyini qeyd edərək, ölkəmizdə səfir kimi fəaliyyəti ərzində ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylər göstərəcəyini qeyd edib.