“Əhaliyə 17 milyondan çox pul paylanılıb”

“Əhaliyə 17 milyondan çox pul  paylanılıb”
  16 Aprel 2013    Oxunub:1155
“Aprelin 15-nə qədər Azərbaycanın zəlzələ baş vermiş 3 rayonunda Qax, Balakən və Zaqatalada 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb”.
Bunu Zaqatalada fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazirin sözlərinə görə, təhvil verilən evlərdən 292-si Qax, 203-ü Balakəndə, 2750-si Zaqataladadır.

K. Heydərov hazırda 1847 qəzalı evin tikintisinin davam etdirildiyini də açıqlayıb.

Nazir bu gün istifadəyə verilən məktəblərlə birlikdə 26 məktəb binasının və 1 uşaq bağçasının istifadəyə verildiyini də qeyd edib.

K. Heydərov deyib ki, qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində də 1 məktəb binasının tikilib istifadəyə veriləcək.

Nazir onu da bildirib ki, indiyə qədər əhaliyə 17 milyon 734 min manаt yardım paylanılıb, bu vəsait əhaliyə poçt vasitəsilə ödənilib.(apa)


Teqlər:  





Xəbər lenti