Türkiyə "Akkuyu" AES-i bu il işə salmağı planlaşdırır

 Türkiyə "Akkuyu" AES-i bu il işə salmağı planlaşdırır
  11 Yanvar 2024    Oxunub:1498
Türkiyədə tikilməkdə olan "Akkuyu" Atom Elektrik Stansiyasının ilk reaktorunun 2024-cü ildə işə salınması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə energetika naziri Alparslan Bayraktar deyib.

""Akkuyu" AES-in ilk reaktorunun bu il işə salınması planlaşdırılır", - deyə o bildirib.

Qeyd edək ki, "Akkuyu" AES Rusiya dövlət korporasiyası "Rosatom" tərəfindən tikilən Türkiyə Respublikasında ilk atom elektrik stansiyasıdır. Atom elektrik stansiyasının hər blokunun gücü 1200 MVt olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti