Fransanın yeni xarici işlər naziri təyin edilib

Fransanın yeni xarici işlər naziri təyin edilib
  11 Yanvar 2024    Oxunub:1214
Fransanın yeni Avropa və xarici işlər naziri təyin olunub.
AzVision.az xəbər verir ki, Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler yeni hökumətin elanı zamanı bu vəzifəyə Stefan Sejurnenin gətirildiyini bildirib.

Sejurne 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək.

Qeyd edək ki, Fransanın baş naziri Qabriel Attal bu gün yeni hökuməti formalaşıb. Daxili işlər, iqtisadiyyat və maliyyə, ədliyyə və müdafiə sahələri üzrə nazirlərin öz vəzifələrində qaldığı bildirilir.

Parisin 7-ci rayonunun meri Raşida Dati yeni mədəniyyət naziri təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti