"Türkiyə enerji sahəsində tam müstəqil olmağı hədəfləyir" - Nazir
"Türkiyənin təbii qaza ehtiyacı daha böyükdür. Çünki məişətlə yanaşı, sənayedə də istifadə olunur. Ona görə də biz yeni kəşflər etməliyik. Biz həmçinin yeni kəşfiyyat quyularının açılmasını hədəfləyirik. Sakarya Qaz Yatağında 17 quyu qazmışıq. Nölgədə yeni potensialların olduğunu düşünürük. Orta və Şərqi Qara dənizdə axtarmaq istədiyimiz yerlər var. Bunlardan bəziləri qaz, bəziləri neft yataqlarıdır. Biz kəşfiyyat qazma işlərini hasilatı dayandırmadan aparacağıq", nazir əlavə edib.
AzVision.az
Teqlər: