"ABŞ Bakı-İrəvan arasında sülh prosesini dəstəkləməkdə davam edir"

   "ABŞ Bakı-İrəvan arasında sülh prosesini dəstəkləməkdə davam edir"
  11 Yanvar 2024    Oxunub:1151
ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini və münasibətlərin normallaşdırılmasını dəstəkləməkdə davam edir və bu istiqamətdə istənilən şəkildə köməkdən məmnundur.
AzVision.az xəbır verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen onlayn brifinq zamanı deyib.

Onun sözlərinə görə, sevindirici haldır ki, tərəflər aralarında qalan məsələlərin həlli üçün ikitərəfli əsasda müzakirələr davam edir.

“Biz çox həvəslənirik ki, onlar (Azərbaycan və Ermənistan-red) ikitərəfli səviyyədə fəal gündəliyə sahib olmaqda və qalan məsələlərin həllinə davam edirlər. Hələ görüləsi işlər var və kömək edə biləcəyimiz dərəcədə dəstək verməkdən məmnunuq", - C.O'Brayen bildirib.

Dövlət katibi köməkçisinin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistanla yaxşı əlaqələrə malikdir və onlar arasında sülhün regionda inkişaf üçün yaxşı imkanlar yaradacağına inanır.

AzVision.az


Teqlər:





Xəbər lenti