"Bayram günlərində koronavirusdan ölənlərin sayı artıb" - ÜST
O qeyd edib ki, müxtəlif mənbələrdən daxil olan məlumatlar bunu sübut edir:
"Dekabrda təxminən 10 min ölüm halı qeydə alınıb. Xəstəxanaya yatırılanların sayı isə təxminən 50 ölkədə, əsasən də Avropada, eləcə də Şimali və Cənubi Amerikada 42 faiz artıb. Yoluxma səviyyəsinin çox ehtimal ki, başqa ölkələrdə də artıb, lakin onları müvafiq məlumatları təşkilatla bölüşmürlər".
Qebreyesus bildirib ki, hazırda virusun “JN.1” variantı dünyada ən çox yayılan variantdır. ÜST başçısının sözlərinə görə, mövcud vaksinlər müəyyən müdafiəni təmin etməlidir.
AzVision.az
Teqlər: