Zambiyada vəba sutkada 17 can alıb

   Zambiyada vəba sutkada 17 can alıb
  11 Yanvar 2024    Oxunub:1005
Ölkədə 500 vəbaya yoluxma halı qeydə alınıb.
AzVision.az xəbər verir ki, vəbanın epidemiya səviyyəsində yayıldığı Zambiyada oktyabr ayından bəri 7500-dən çox insan bu xəstəliyə yoluxub ki, onlardan 300-ü həyatını itirib. Epidemiya səbəbilə bağlanmış məktəblərin açılması yenidən təxirə salınıb.

Ölkə prezidenti Hakainde Hiçilema dünən paytaxt Lusakada xəstəxanaları ziyarəti zamanı epidemiya ilə mübarizə üçün “sərt” tədbirlərin görüləcəyini bildirib. Həmçinin vurğulayıb ki, epidemiya kəndən şəhərə köç nəticəsində baş verib. Şəhərdə tibbi xidmət çatışmazlığının yoluxma hallarını artırdığını, sıxlığın qarşısını almaq üçün əhalinin kəndlərdə məskunlaşmasının vacibliyini vurğulayan prezident:

"Kəndlərdə daha yaxşı evlər inşa etmək üçün geniş torpaq sahələri və təmiz su var", - söyləyərək insanları təşviq edib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti