Ukrayna Rusiyanın Qara dəniz donanmasını məhv etmək istəyir
“Bundan əlavə, Sevastopolda tibbi təchizat mərkəzi, böyük xəstəxana və s. mövcuddur. Orada bütün təhsil müəssisələri tikilib. Sevastopol belə bir strateji habdır.
Ancaq Novorossiyskdə, xüsusən də belə sayda olmaq fiziki cəhətdən donanma üçün təhlükəlidir. Rusiyanın Ukraynanın müstəqilliyi dövründə inşa etdiyi hərbi liman genişləndirilsə də, Qara dəniz donanması üçün bazanın təmin olunması qədər inkişaf etdirilməyib”, - vitse-admiral deyib.
Krımın ilhaqından dərhal sonra ümumilikdə Rusiya donanmasının inkişafı üçün ayrılmış bütün resurs, demək olar ki, Qara dəniz donanmasına sərf olundu. Rusiya müharibəyə hazırlaşırdı və mümkün qədər Qara dəniz donanmasını gücləndirirdi. Söhbət ən son freqatlardan, sualtı qayıqlardan və “Kalibr”lə təchiz edilmiş raket katerlərindən gedir.
“Sevastopol donanmanın, təmir bazasının saxlanmasını tam təmin edən əsas bazadır. Bu bir neçə təmir zavodu, həmçinin “Belbek” və “Kaça” da daxil olmaqla hərbi aerodromlardır. Məsələn, Novorossiyskdə isə aerodromlar, iri təmir zavodları, silah anbarları və sair yoxdur. Onların 2014-cü ildə Krıma gəlməsinin səbəblərindən biri də, ümumiyyətlə, budur. Çünki Sevastopol olmasaydı, Qara dəniz donanmasını Qara dənizdə saxlaya bilməzdilər”, - Aleksey Neijpapa bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Ukrayna istənilən halda Rusiyanın Qara dəniz donanmsaını vurmaq üçün uğurlu əməliyyatlar həyata keçirir. Bunun üçün Ukraynanın yalnız dronları yox, habelə Qara dəniz donanmasının qərargahına çox dəqiq zərbələrin endirilməsini təmin edən “Storm Shadow” raketləri də var.
“Tarixdə ilk dəfə sualtı qayıq məhv edilib. Bu, yeri gəlmişkən, “Moskva” kreyserinin məhvi səviyyəsində tarixi bir hadisədir. “Kalibr” daşıyıcısı birbaşa dokda (gəmilərin təmir üçün dayandığı yer) məhv edilib. “Rostov-na-Donu” adı ilə güclü yeni sualtı qayıq və yaxud da donanmaya heç vaxt təqdim edilməmiş ən yeni raket “Askold” gəmisini götürək. Bütün bunlar müdafiə qüvvələrinin uğurlarıdır: Ukraynanın təhlükəsilik xidmətinin pilotsuz təyyarələri, əlbəttə ki, hava qüvvələri, bizim sahil raket qüvvələrimiz və baş kəşfiyyat idarəsinin vasitələri. Son vaxtlar Feodosiyada yaşanan uğurlar da onun kimi”, - vitse-admiral vurğulayıb.
Yarımadaya nəzarət edən Rusiyanın öz hərbi dəniz bazalarından istifadə edə bilməməsinin nə dərəcədə real olması barədə suala, komandan “bu, görülməli olan bir işdir. Prezidentin, silahlı qüvvələrin ali baş komandanına tapşırığı var və biz çalışacağıq” cavabını verib.
Sahil İsgəndərov
AzVision.az