Almaniya Aİ-nin ən kasıb ölkələrindən biridir

   Almaniya Aİ-nin ən kasıb ölkələrindən biridir
  11 Yanvar 2024    Oxunub:1273
Avropa Mərkəzi Bankı Avropa İttifaqına üzv ölkələrdə ev təsərrüfatlarının gəliri ilə bağlı statistik məlumatları dərc edib.
Belə ki, Almaniya 20 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Almaniyada bu rəqəm 106 min avrodur. Siyahıda daha yüksək yerlər Sloveniya, Slovakiya və Portuqaliyadır. Yalnız Baltikyanı ölkələr, Yunanıstan və Macarıstan almanlardan kasıbdır.

Almaniyada orta ev təsərrüfatlarının sərvəti isə daha yüksəkdir və bu 413 min avroya bərabərdir. Bu meyara görə ölkə Avropa İttifaqının ilk 10-luğu sırasındadır. Statistikaya Almaniyada çoxlu super zəngin ailələrin yaşaması faktı təsir edir ki, bu da ümumi göstəricini yaxşılaşdırır.(Bild)

AzVision.az


Teqlər:





Xəbər lenti