Rusiyada məhbuslar qiyama qalxdılar

   Rusiyada məhbuslar qiyama qalxdılar
  11 Yanvar 2024    Oxunub:1190
Rusiyada Kabardin-Balkar Respublikasındakı koloniyada məhkumlar saxlanma rejiminin yumşaldılmasını tələb edərək, cəza kamerasının kameralarını yandırıblar.
Bu barədə Life Shot Telegram kanalı xəbər verib. Kanalın məlumatına görə, hər şey Kamenka kəndindəki İK-3-də baş verib, işçilər cəzaçəkmə müəssisəsindəki iki kamerada yanğın baş verdiyini görüblər.

Həbsxana qiyamı ölkəni xaosa çevirdi: Ekvadorda nələr baş verir?
Məlum olub ki, cəza kamerasına salınmasından narazı olan məhbuslar etiraz əlaməti olaraq döşəkləri yandırıblar. Yanğın nəticəsində xəsarət alan olmayıb.

İğtişaş törədənlərin 22-32 yaş arası, ağır cinayətlər törədən məhkumlar olduğu üzə çıxıb. Onlar ifadə verməkdən imtina ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:   Rusiya   Məhbus  





Xəbər lenti