ABŞ Çinə Tayvandakı seçkilərlə bağlı xəbərdarlıq edib

   ABŞ Çinə Tayvandakı seçkilərlə bağlı xəbərdarlıq edib
  11 Yanvar 2024    Oxunub:847
Amerika Birləşmiş Ştatları Tayvanda keçiriləcək prezident və parlament seçkilərinə istənilən müdaxilə və ya təsirə qarşı olması ilə bağlı Çinə açıq siqnal göndərib.
Bu barədə "Reuters" Bayden administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən xəbər verib. Agentlik anonim şəxsə istinadən vurğulayıb ki, Vaşinqton seçkilərdə tərəf tutmur və prezidentlik yarışında favoriti yoxdur.

"Biz Tayvanın seçkilərinə hər hansı kənar müdaxiləyə və ya təsirə qarşıyıq. Kimin seçilməsindən asılı olmayaraq, Tayvana qarşı siyasətimiz eyni qalacaq və güclü qeyri-rəsmi əlaqələrimiz də davam edəcək", - deyə o qeyd edib.

Rəsmi şəxs bildirib ki, Pekin əlavə hərbi təzyiq və ya məcburiyyətdən istifadə etmək qərarına gəlsə, təxribatçıya çevriləcək. O, xəbərdarlıq edib ki, Tayvan boğazında sülh və sabitliyin pozulması qlobal iqtisadiyyata ciddi ziyan vuracaq, nəticələr isə bütün dünya ölkələrinin iqtisadiyyatına təsir edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti