Oman körfəzində gəmi ələ keçirilib

   Oman körfəzində gəmi ələ keçirilib
  11 Yanvar 2024    Oxunub:1106
Naməlum qrup Oman və İran arasındakı sularda hərəkət edən neft tankerinə hücum edib.
AzVision.az bildirir ki, Britaniya Dəniz Ticarət Əməliyyatları Qurumu hadisə barədə regiondakı dənizçilərə xəbərdarlıq edib.

Hadisənin təfərrüatları qaranlıq qalsa da, tankerin təhlükəsizlik meneceri kapitanla danışarkən "telefonda naməlum səslər" eşitdiyini deyib. Gəmi ilə yenidən əlaqə cəhdləri uğursuz olub.

Qlobal dəniz riskləri üzrə xüsusi kəşfiyyat şirkəti "Ambrey" gəminin Yunanıstana bağlı olduğunu və "6 hərbçi" tərəfindən ələ keçirildiyini müəyyən edib.

Qeyd edək ki, Yəmənin böyük hissəsinə nəzarət edən "Husi" qruplaşması Qəzzaya dəstək naminə İsraillə əlaqəli və ya İsrail limanlarına gedən gəmilərə hücum edir.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti